Bizi sosial şəbəkələrdən izləyin:
Müğənni Ayan Babakişiyeva aparıcı Afaq Gəncəli ilə yaşadığı qalmaqaldan danışıb.
Sənətçi bu haqda "Pərvizə görə" verilişində bəhs edib. O, Afaqla küsülü olmaları haqda suallara belə cavab verib:
"Heç kimdən küsməmişəm. Uşaq deyiləm. Zamanında Afaqla münasibətim o qədər gözəl olub ki, onun haqqında pis danışmaq istəmirəm. Amma kimsə həddini aşanda... Sən mənimlə yaxınsan, hər şeyi bilirsən. Efirdən istifadə edib belə sual vermək... Əvvəldən demişdim belə temalar olmasın. Amma açıldısa, cavabını alacaq. Oldu getdi, uğurlar arzulayıram".
Qeyd edək ki, Afaq Xəzər TV-də aparıcılıq edərkən proqramına qonaq olan Ayana "Sən də çıxıb cəsarətlə deyə bilərsən övladının atası kimdir" sualını ünvanlamışdı. Bu isə Ayanın xoşuna gəlməyib və o, "Bütün Azərbaycan bilir övladımın atası kimdir" cavabını verib. /Axşam.az/