Ermənilər Nizami Rəmzinin mahnısını oğurladı, qızı hərəkətə keçdi: “Nazirlik səviyyəsində qorunmur” - ÖZƏL
614
13:31, Bu gün

Ermənilər Nizami Rəmzinin mahnısını oğurladı, qızı hərəkətə keçdi: “Nazirlik səviyyəsində qorunmur” - ÖZƏL

“Ermənilər atamın ifa etdiyi “Dağlı balasıyam” mahnısını oğurlayıb “Livanlı balasıyam” adı ilə oxuyublar. Bu onların növbəti oğurluğudur. Bu mahnının musiqisi də, sözləri də atam Nizami Rəmziyə aiddir. Atam onu “Dağlı balasıyam” deyə yazıb, Xızının gözəlliklərinə həsr edib. Sonra Molla Məhəmməd atamdan xahiş edib ki, olar mən bunu toylarda “Bakılı balasıyam” deyə oxuyum? Atam da deyib ki, götür oxu. Mən hazırlaşırdım ki, yeni aranjimanda bu mahnını “Dağlı balasıyam” adı ilə oxuyum. Çünki mən oxuyandan sonra artıq hamı qəbul edir ki, bu mahnı Nizaminindir. Mahnını “Bakılı balasıyam” adı ilə xalq artisti Eyyub Yaqubov da oxuyub”
 
Bunu Moderator.az -a açıqlamasında meyxanaçı Nizami Rəmzinin qızı Heyran Baxşıyeva deyib. O daha sonra əlavə edib.
 
“Molla Məhəmməd Bakı toylarında bu mahnını “Dağlı balasıyam” adı ilə oxuya bilməzdi axı. Ona görə də oradakı sözləri Bakının gözəllikləri ilə əvəz edib. Bu mahnının özülü Nizami Rəmzinin adı ilə bağlıdır. Atamın ümumiyyətlə mahnılarının sözlərini tez-tez dəyişirlər. Bu düzgün hal deyil. Qulaq asan onsuz da bilir ki, bunu Nizami yazıb. Nizaminin “Simuzərim” mahnısını özbəklər oğurlayıb oxuyur. Əslində bu mahnılar nazirlik səviyyəsində qorunmalıdır. Qorunmur. Mən ümumiyyətlə çox səhlənkarlıq edib atamın mahnılarını öz adıma keçirmirəm. Sənəd işləri o qədər çətindir ki..” deyə meyxanaçının qızı bildirib.

 

Link kopyalandı!
Son xəbərlər