Dekabr ayı üçün toy sifarişlərinin sayı artdı: Qiymətlər bahalaşacaq?
820
08:08, Bu gün

Dekabr ayı üçün toy sifarişlərinin sayı artdı: Qiymətlər bahalaşacaq?

Bu il dekabr ayında ötən illərlə müqayisədə sifarişlərin sayı daha çoxdur.
 
Bu fikirləri şadlıq evi işlədənlər bildirirlər.
 
Belə ki, ötən aylarda Bakıda keçirilən COP29 tədbiri ilə əlaqədar sakinlər arasında müəyyən məhdudiyyətlərlə bağlı söz-söhbət gəzsə də, yollar bağlanmadı, məhdudiyyət tətbiq olunmadı.
 
Amma, noyabr ayında toylara qadağa qoyulmasa da, xeyir iş edənlərin sayı az oldu. İndi isə toyunu dekabra saxlayanların çoxu yer tapmaqda çətinlik çəkirlər.
 
Restoran işlədənlərin sözlərinə görə, əslində şadlıq evlərində "zəif" və "sezon" ayları var. 2 ay məhərrəmlik, orucluq və may ayını çıxandan sonra yerdə qalan 8 ayın 4-ü "zəif", 4-ü isə "yaxşı" ay hesab olunur. Bu ilin dekabrı digərlərindən fərqlənərək daha yaxşı ay hesab olunacaq.
 
Bəs dekabrda toyların çoxluğu menyu qiymətlərinə təsir edəcəkmi?
 
Ətraflı Xəzərxəbər-in süjetində:
 

 

Link kopyalandı!
Son xəbərlər