“Sülh və Firəvanlıq üçün Ekoloji Körpü” adlı forum keçirilib
231
12:03, Bu gün

“Sülh və Firəvanlıq üçün Ekoloji Körpü” adlı forum keçirilib

ADA Universitetində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Xəzər Həftəsi çərcivəsində “Sülh və Firəvanlıq üçün Ekoloji Körpü” adlı forum keçirilib. Forum çərçivəsində müxtəlif mövzulara həsr olunmuş panel müzakirələr aparılıb. 
 
Moderator.az xəbər verir ki, Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bildirib ki, tədbirin keçirilməsində məqsəd ətraf mühitlə bağlı əməkdaşlığın sülh və rifahı təşviq etməsi yollarını müzakirə etməkdir.
 
Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, beynəlxalq ekspert Metyu Brayzanın moderatorluğu ilə “Qarabağın yenidən qurulmasına təkan verən dinc gələcəyin qurulması: Yaşıl enerji həllərinin tətbiqi, dayanıqlı iş yerlərinin yaradılması və ağıllı kəndlərin qurulması” panel müzakirəsi keçirilib. Sessiyada çıxış edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov bildirib ki, forum ölkəmizin ev sahibliyi etdiyi COP29 konfransı çərçivəsində təşkil edilib.  Burada müzakirə edilən məsələlər Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin iki bəndi - işğaldan azad olunmuş ərazilərə böyük qayıdış və təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi ilə uzlaşır. Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma,  ağıllı kəndlərin və yaşıl zonaların qurulması məsələləri haqqında da iştirakçılara məlumat verilib. 
 
Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov diqqətə çatdırıb ki, COP29 konfransının Azərbaycanda keçirilməsi təsadüfi deyil.  Bu Azərbaycana göstərilən etimadın nəticəsidir. Ölkəmiz enerji keçidində ən böyük indeksi yaradıb. Buna Azərbaycanda tətbiq olunan yeni texnologiyalar vasitəsi ilə nail olmuşuq. 
 
Metyu Brayzanın sözlərinə görə, hazırda Azərbaycan COP29-un təşkili ilə Azərbaycan və Ermənistan arasında sülh prosesinin möhkəmlənməsinə dəstək verir. Və beləliklə biz konfransı əməkdaşlığını iqlim dəyişikliyi göstəricilərinin araşdırılması və ətraf mühitin qorunması, ölkələrdə sülhün tənzimlənməsinə köməklik göstərməsi üçün təşkil etmək istədik. İşğaldan azad edilmiş ərazilərdə lazımlı infrastruktur yaradılması çox çətin məsələ olduğu və Azərbaycan hökumətinin böyük işlər gördüyü diqqətə çatdırılıb. Hökumətin məcburi köçkünlərin öz evlərinə qayıtmasına hərtərfli kömək göstərdiyi, onların həyatını rahatlaşdırmaq üçün hərtərfli tədbir gördüyü diqqətə çatdırılıb. 
 
Forumda geniş təcrübəyə malik yerli və xarici ekspertlər çıxış ediblər. Ekoloji mühitdə baş verən dəyişiklikləri araşdırmaq üçün mütəxəssislər bir araya toplaşıb. Həmçinin burada kənd təsərrüfatının qorunması ilə bağlı problemlərə və həll yollarına da toxunulub.
 
Link kopyalandı!
Son xəbərlər