Ağadadaş Ağayevin həbsi istənildi - YENİLƏNİB
2410
14 Nov 2024 | 16:05

Ağadadaş Ağayevin həbsi istənildi - YENİLƏNİB

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
 
Moderator.az xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək işin məhkəmə baxışına verilməsini istəyib.
 
Zərərçəkmişlər öz mövqelərindən qalıblar. İşin istintaqa qaytarılmasını istəyiblər. Ağadadaş Ağayev və vəkili için məhkəmə baxışına verilməsinə razı olduqlarını qeyd ediblər.
 
Daha sonra hazırıq iclasının qərarını qəbul edilməsi üçün hakim müşavirəyə yollanıb. Müşavirədən qayıdan hakim işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edib.
 
Məhkəmə baxışı noyabrın 28-nə təyin olunub.
 
15:58
 
Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
 
Bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ağadadaş Ağayevin anket məlumatları dəqiqləşdirilib.
 
Prosesd' təqsirləndirilən şəxsin müqavilə əsasında vəkili Asim Abdullayev olduğu müəyyən edilib. Ona dövlət hesabına təyin edilmiş vəkil təqdim edilib. Amma Ağadadaş Ağayev həmin vəkildən imtina edib, deyib ki, özü müqavilə bağladığı vəkilin hüquqi yardımlarından istifadə edir.
 
Hakim prosesdə fasilə elan edib. Fasilədə Ağadadaş Ağayev dövlət hesabına təyin edilmiş vəkildən imtina barədə ərizə yazıb.
 
Fasilədən sonra ərizəni qəbul edən hakim dövlət hesabına təyin edilmiş vəkilin prosesdə iştirakına xitam verilməsi barədə qərar qəbul edib.
 
Daha sonra zərərçəkmiş şəxslər və onların hüquqi nümayəndələri elan edilib. Onlara hüquqları izah olunub.
 
Zərərçəkmiş Nurəddin Cəlilovun vəkili vəsatətlə çıxış edib. O, bildirib ki, təqsirləndirilən şəxsin əməlində daha ağır əlamətlər mövcuddur. Onun sözlərinə görə, əməldə 29,120.2.2- ci (qəsdən xuliqanlıq niyyəti adam öldürməyə cəhd) və 29, 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddələri ilə ittihamın əlamətləri var, baltanı zərərçəkmişə tərəf atması istintaq sənədləri ilə sübuta yetirilib: "Zərərçəkmiş şəxs bu barədə istintaq zamanı vəsatət verib. Amma vəsatət təmin edilməməklə zərərçəkmiş şəxsin hüququ pozulub. Biz işin ibtidai istintaqa qaytarılmasını istəyirik".
 
Vəkil daha sonra qeyd edib ki, Ağadadaş Ağayevin barəsində seçilmiş qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını istəyir.
 
Dövlət ittihamçısı qətimkan tədbirinin dəyişdirilməsi üçün əsasların olmadığını deyib. O bildirib ki, vəsatətlərin təmin olunması üçün əsaslar mövcud deyil.
 
Ağadadaş Ağayevin vəkili də vəsatətin əsassız olduğunu deyib. O, hər iki vəsatətin rədd olnmasını istəyib.
 
Ağadadaş Ağayev müdafiəçisi ilə razı olduğunu deyib. Daha sonra hakim müşavirəyə yollanıb.
 
Məhkəmə vəsatətləri təmin etməyib.
 
15:17
 
"Biz hüquqi dövlətdə yaşayırıq, hüquqlarımızı məhkəmə həll edir. Məhkəmənin gedişində hər şey aydın olacaq".
 
Moderator.az xəbər verir ki, bu sözləri xalq artisti Ağadadaş Ağayev jurnalistlərə açıqlamasında deyib.
 
O bildirib ki, mülki iddia tələbi ilə məhkəməyə müraciət etsə də, bu barədə danışmaq istəmir. O, zərərçəkmişlə barışığın əldə olunmadığını da deyib.
 
***

15:07
 
Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
 
Moderator.az xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə baş tutan iclasda Ağadadaş Ağayev iştirak edir.
 
Hazırda proses davam edir.
 
Qeyd edək ki, bu ilin iyulun 22-də Bakı şəhər sakini olan Nurəddin Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 7 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini Ağadadaş Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini, əlindəki balta ilə hədələdiyini bildirib.
 
Nurəddin Cəlilov daha sonra izahatında Ağadadaş Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan Nəzakət Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.
 
Ağadadaş Ağayevin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.
 
Cinayət işi üzrə Nurəddin Saleh oğlu Cəlilov və Nəzakət Məzahir qızı Paşayeva zərərçəkmiş qismində tanınıb. /Teleqraf.com/
 
Qeyd edək ki, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinən şəxs iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 

Link kopyalandı!
Son xəbərlər