Prezidentin köməkçisi COP29-la bağlı boykot çağırışları edənləri ifşa etdi
1471
12 Nov 2024 | 14:05

Prezidentin köməkçisi COP29-la bağlı boykot çağırışları edənləri ifşa etdi

"Sizin də çalışdığınız media orqanının fəaliyyətində hüquqi əsaslı məhdudiyyətlər olmasına baxmayaraq, COP29-da iştirakınıza tam şərait yaradılıb. Kimə istəyirsiniz, sualınızı verirsiniz".
 
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Toplum" TV-nin əməkdaşının bəzi media orqanlarının jurnalistlərinin həbsinə görə beynəlxalq təşkilatların COP29-u boykota çağırması ilə bağlı sualını cavablandırarkən deyib.
 
"Toplum" TV-nin redaksiyasının möhürləndiyini və ona da cinayət işi açıldığını diqqətə çatdıran jurnalistə Hikmət Hacıyev belə cavab verib:
 
"Siz əməkhaqqını haradan alırdınız? "Toplum" TV-nin maliyyələşdirilməsi necə həyata keçirilirdi? Dediyiniz kimi, istintaq aparılır. Söhbət qanunsuz maliyyələşmənin araşdırılmasından gedir".
 
Daha ətraflı Baku TV-nin süjetində:

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər