Trampın iqamətgahını ROBOT İT qoruyur
2126
09 Nov 2024 | 09:20

Trampın iqamətgahını ROBOT İT qoruyur

ABŞ-nin yeni prezidenti Donald Trampın Florida ştatındakı Mar-a-Laqo iqamətgahını robot it qoruyur.
 
“Qafqazinfo” xəbər verir ki, bu barədə görüntüləri NBC telekanalı yayımlayıb.
 
Məlumata görə, Trampın malikanəsində gücləndirilmiş təhlükəsizlik tədbirləri onun seçkidəki qələbəsindən sonra tətbiq edilib. Həmçinin sahil mühafizəsinin silahlanmış katerləri də xidmətə başlayıb.
 
Telekanal qeyd edib ki, ABŞ-də hüquq-mühafizə orqanları tərəfindən təhlükəsizliyin təminatı üzrə tapşırıqların yerinə yetirilməsində robot itlərdən getdikcə daha çox istifadə edilir.
 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər