Bahar Lətifqızı canlı efirdə hönkür-hönkür ağladı - VİDEO
Video
1891
30 Sep 2026 | 15:42

Bahar Lətifqızı canlı efirdə hönkür-hönkür ağladı - VİDEO

Müğənni Bahar Lətifqızı "Qonaqcanlı" verilişində şəxsi həyatından danışarkən duyğusal anlar yaşayıb.
 
Sənətçi bibisi ilə bağlı xatirələrini bölüşərkən kövrəlib və göz yaşlarını saxlaya bilməyib. Bahar Lətifqızı bibisinin son günlərində onun yanına getdiyini və həmin vaxt aralarında baş verən söhbəti xatırladıb.
 
"Bibim can üstə idi. Mən gedəndə məni tanıdı. Onun qulağına dedim ki, qardaşını bağışladım. Bibim üçün çox darıxıram", - deyə müğənni bildirib.
 
Bahar Lətifqızı uşaqlıq illərində bibisinin ona xüsusi diqqət göstərdiyini də söyləyib. Onun sözlərinə görə, bibisi hər zaman onunla maraqlanıb, harada və kiminlə olduğunu soruşub.
 
Sənətçi bibisini xatırlayarkən duyğularını gizlədə bilməyib və efirdə hönkür-hönkür ağlayıb. /milli.az/

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər