Türkiyədə təhsilini bitirən Azərbaycan Ordusunun hərbi qulluqçularına diplomlar təqdim edildi - FOTO/VİDEO
Video
1431
02 Sep 2026 | 13:29

Türkiyədə təhsilini bitirən Azərbaycan Ordusunun hərbi qulluqçularına diplomlar təqdim edildi - FOTO/VİDEO

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyənin Milli Müdafiə Universitetinin Hərbi Dəniz Qüvvələri üzrə Gizir Hazırlığı Məktəbində təhsillərini uğurla başa vurublar.
 
Bu barədə Moderator.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
 
Yalova vilayətində keçirilən mərasimdə Türkiyə Respublikası Hərbi Dəniz Donanmasının rəhbər heyəti, rəsmi qonaqlar, məktəbin müəllim-professor heyəti və məzunların ailə üzvləri iştirak ediblər.
 
Hərbi qulluqçularımız ölkələrimiz arasında hərbi təhsil sahəsində mövcud müqaviləyə əsasən Türkiyənin Milli Müdafiə Universitetinin Hərbi Dəniz Qüvvələri üzrə Gizir Hazırlığı Məktəbində təhsil alırlar. Təhsil ocağı 2 illik hərbi təhsil proqramı üzrə Türkiyə Hərbi Dəniz Qüvvələri üçün miçman kadrlarının hazırlanmasında mühüm rol oynayır.
 
Tədbirdə Azərbaycanın Türkiyədəki hərbi attaşelik aparatının nümayəndələri iştirak edərək miçman rütbələri almış 5 hərbi qulluqçumuzu təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıblar.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər