Astarada əməliyyat: Narkotik satan şəxs həbs edildi - VİDEO
1346
06 Aug 2026 | 13:13

Astarada əməliyyat: Narkotik satan şəxs həbs edildi - VİDEO

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
 
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, tədbirlərlə qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən 45 yaşlı Vüqar Quliyev saxlanılıb. Onun idarə etdiyi avtomobildən ümumilikdə 18 kiloqram marixuana və tiryək aşkarlanıb.
 
Araşdırmalarla V.Quliyevin narkotikləri tanışı 46 yaşlı Turab Ağayev vasitəsilə əldə etdiyi müəyyən edilib. Əməliyyat tədbirlərinin davamı olaraq T.Ağayev də polis əməkdaşları tərəfindən saxlanılıb.
 
Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər