2941
19 Jul 2026 | 14:06

"Tramp növbəti hədəfdir?" - Tehrandan ABŞ bazasını ələ keçirmək və 200 hərbçini girov götürmək çağırışı" - İsrail mətbuatı

 
İranda ABŞ və onun rəhbərliyinə qarşı təhdid ritorikası daha da sərtləşir. ABŞ senatoru Lindsi Qremin ölümündən sonra Tehranın mərkəzində yerləşdirilən nəhəng reklam lövhəsində ingilis dilində "Who is D nexT one?" ("Növbəti kimdir?") ifadəsi yazılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "israelinfo.co" nəşri yazıb.
 
Tehrandan yeni mesaj: "Növbəti kimdir?"
 
Nəşr yazır ki, "D" və "T" hərflərinin xüsusi vurğulanması bunun ABŞ prezidenti Donald Trampa işarə olduğu barədə fikirləri gücləndirib. Bundan əvvəl isə İnqilab meydanında Trampın tabutda təsvir olunduğu divar rəsmi çəkilmiş, üzərində "Kill Trump" ("Trampı öldürün") və "We kill Trump" ("Biz Trampı öldürəcəyik") şüarları yazılmışdı. Digər freskada isə Tramp və İsrailin baş naziri Benyamin Netanyahu "İran xalqının qisas dənizində boğulacaqları" mesajı ilə təsvir edilmişdi.
ABŞ bazaları və girov götürülməsi ilə hədələr
 
Eyni vaxtda İranın keçmiş xarici işlər naziri, hazırda parlament üzvü olan Manuçehr Mottəki ABŞ-a qarşı mümkün quru əməliyyatından danışıb. O bildirib ki, İran ordusu İraq, Küveyt və ya Bəhreyndəki Amerika bazalarından birini ələ keçirə, təxminən 200 amerikalı hərbçini girov götürə bilər.

Onun fikrincə, belə bir addım Vaşinqtonun müharibəni davam etdirmək imkanlarını məhdudlaşdırar. Bundan bir neçə gün əvvəl İranın ali dini liderinin hərbi müşaviri Möhsün Rzai də ABŞ hücumlarının davam edəcəyi təqdirdə İranın "tammiqyaslı hücum əməliyyatları mərhələsinə keçəcəyini" bəyan etmişdi.
 
"Bu ssenarinin reallaşması çətin görünür"
 
Analitiklər hesab edir ki, bu bəyanatlar daha çox siyasi təzyiq xarakteri daşıyır. ABŞ-ın regiondakı hava və dəniz üstünlüyü, həmçinin İranın quru qoşunlarının Küveytə çatmaq üçün İraq ərazisindən keçmək məcburiyyəti belə əməliyyatı son dərəcə mürəkkəb edir. Bundan əlavə, İranın mövcud iqtisadi vəziyyətinin ABŞ-la genişmiqyaslı quru müharibəsi aparmağa imkan vermədiyi vurğulanır.
 
Bununla belə, "The Wall Street Journal" yazır ki, İran raket imkanlarını təkmilləşdirərək ABŞ-ın hava hücumundan müdafiə sistemlərinə uyğunlaşmağa çalışır. Nəşrin istinad etdiyi amerikalı rəsmilərin sözlərinə görə, Tehran yüksək sürətlə uçan və hədəfə enərkən manevr edə bilən raketlərdən istifadə edir. ABŞ-də həmçinin İranın dəqiq zərbə imkanlarının xarici texnoloji dəstəklə gücləndirilə biləcəyi barədə narahatlıqlar da səsləndirilir.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər