1510
17 Jul 2026 | 14:14

"İstirahət burnumuzdan gəldi" - VİDEO

Müğənni Ayan Babakişiyeva istirahət zamanı xoşagəlməz hadisə ilə üzləşib.

Sənətçi sosial şəbəkə hesabında paylaşım edərək mobil telefonunu istirahətdən qayıdarkən Antalyada hava limanında unutduğunu bildirib.

Ayan qeyd edib ki, buna görə istirahətlərinin zövqü yarımçıq qalıb.

“Selena sağ olsun. Telefon Antalya hava limanında qalıb. Bütün istirahətin dadı burnumuzdan gəldi” deyə, müğənni paylaşımında yazıb.

Sənətçi əlavə edib ki, övladı Selenaya məxsus telefon tapılsa da, necə göndəriləcəyi bilinmir. (Axşam.az)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər