Bakıda nasaz avtobus qəza şəraiti yaratdı, sürücü sərnişinləri təhqir etdi - VİDEO
1350
15 Jul 2026 | 12:57

Bakıda nasaz avtobus qəza şəraiti yaratdı, sürücü sərnişinləri təhqir etdi - VİDEO

Bakıda sərnişin avtobusu qəza şəraiti yaradıb.
 
Moderator.az Oxu.az-a istinadla xəbər verir ki, dünən saat 21 radələrində 71 nömrəli marşrut üzrə işləyən avtobusun əyləc sistemində problem yaranıb. Metronun "Koroğlu" stansiyasının yaxınlığında olarkən sərnişinlər dayanacaqda nəzarətçilərdən avtobusun xətdən çıxarılmasını tələb ediblər. Lakin onlar buna məhəl qoymayıblar, nasaz nəqliyyat vasitəsini yenidən marşruta buraxıblar.
 
Əyləc sistemi sıradan çıxan avtobus oradan "Azadlıq prospekti" metro stansiyasına qədər qəza şəraiti yarada-yarada gəlib. Sürücüsü isə buna etiraz bildirən sərnişinləri təhqir edib. Nəticədə sərnişinlərin əksəriyyəti ünvana çatmamış avtobusdan düşüblər.
 
Hadisə ilə bağlı videonu təqdim edirik:

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər