“Azəriqaz” Samuxun kəndlərində payız-qış mövsümünə hazırlıq işlərini davam etdirir - FOTO/VİDEO
1353
13 Jul 2026 | 14:15

“Azəriqaz” Samuxun kəndlərində payız-qış mövsümünə hazırlıq işlərini davam etdirir - FOTO/VİDEO

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi qarşıdan gələn payız-qış mövsümünə hazırlıq işlərini davam etdirir.
 
Moderator.az xəbər verir ki, uzun illər istismarda olan, korroziyaya uğrayan qaz xətləri əvəzlənir, torpaqla təmasda olan borular dayaqlar üzərinə qaldırılır. Hazırda Samux rayonunun iki kəndində - Seyidlər və Füzuli kəndlərində də bu cür işlər görülür.
 
“Azəriqaz” İB-nin Gəncə Regional Qaz İstismarı İdarəsinin baş mühəndisi İlkin Behbudovun sözlərinə görə, Seyidlər kəndinin qaz şəbəkəsinin yenidən qurulması, davamlı və keyfiyyətli təbii qazla təmin olunması üçün planlaşdırılmış işlər çərçivəsində təxminən 8 min poqonmetrə qədər müxtəlif diametrli qaz kəmərlərinin dəyişdirilməsi, yenilənməsi və təmir olunması nəzərdə tutulub. 
 
Abonentlərin payız-qış mövsümündə mavi yanacaqdan davamlı və fasiləsiz şəkildə istifadə edə bilmələri üçün Samux rayonunun Füzuli kəndində də müvafiq işlər görülür.
 
Ətraflı videomaterialda:

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər