Mövsümi meyvələr niyə bahadır? - VİDEO
1357
13 Jul 2026 | 10:07

Mövsümi meyvələr niyə bahadır? - VİDEO

Yayın bol məhsulları bazar piştaxtalarını bəzəyir. Rəngarəng meyvə-tərəvəz çeşidləri alıcıların diqqətini cəlb edir. Qiymətlər isə hələ də yüksək olaraq qalır.
 
Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, satıcılar məhsulları baha aldıqlarını deyərək qiymət artımının qaçılmaz olduğunu bildirirlər.
 
Bu isə birbaşa satışa təsir edir. Satıcıların fikrincə, məhsulları baha satmaq onların seçimi deyil. Onların sözlərinə görə, məhsulların topdansatış qiyməti, daşınma və digər xərclər artdığı üçün qiymətləri aşağı salmaq mümkün olmur.
 
Alıcıların isə qiymətlərlə bağlı fikirləri birmənalı deyil.
 
Bazarda qiymətlərlə bağlı fərqli fikirlər səslənsə də, həm satıcılar, həm də alıcılar yaxın günlərdə müəyyən sabitliyin yaranacağına ümid edirlər.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər