Şou-biznes
220
22:16, Bu gün

"Demişəm, ölənə qədər sənə halallıq verməyəcəyəm"

"Seriallar mənim üçün gələcək film həyatıma lazım olacaq pilləkən idi. Bizdə seriallar o qədər aşağı keyfiyyətdə çəkilir ki... Azərbaycanda çəkilən seriallarda daimi qalmaq olmur. Sağlamlığını istəmirsənsə, çəkil. Bunu büdcə ilə əlaqələndirirəm. Büdcə yaxşı olmayanda heç nə yaxşı olmur. Bizdə aktyorlara əziyyət verirlər".

Bu sözləri aktrisa Pərvin Abıyeva prodüser Tarix Əliyevin yutub layihəsində deyib. Aktrisa seriallara çəkilməməsindən danışıb.

"Sosial şəbəkələrdən az istifadə edirəm. Həm TikTok, həm də digərlərindən. Qəlbimi çox qırıblar. Demişəm, ölənə qədər sənə halallıq verməyəcəyəm. Amma o dünyaya yüklə getmək istəmirəm" deyə, Pərvin əlavə edib.

 

(axsam.az)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər