İbrahim Tatlısəs təcili reanimasiyaya yerləşdirildi - Həkimi danışdı - Yenilənib
Şou-biznes
727
17:58, Bu gün

İbrahim Tatlısəs təcili reanimasiyaya yerləşdirildi - Həkimi danışdı - Yenilənib

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs xəstəxanaya yerləşdirilib.

Moderator.az xəbər verir ki, bu gün Acıbadem Altunizade Xəstəxanasının Təcili Yardım şöbəsinə müraciət etdiyi öyrənilən 74 yaşlı Tatlısəsin sağlamlıq vəziyyəti ilə bağlı baş həkim Engin Çakmakçı açıqlama verib.

Dr. Çakmakçı bildirib:

“Xəstəmiz İbrahim Tatlısəs bu gün saat 11:20-də aşağı təzyiq şikayəti ilə xəstəxanamızın təcili yardım şöbəsinə müraciət edib. Təcili yardım müayinələri ilə yanaşı aparılan qan analizləri və tomoqrafiya nəticəsində ilkin göstəricilərdə infeksiya ehtimalı nəzərə alınaraq ehtiyat tədbiri kimi reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəmizin şüuru aydındır, ürək funksiyası və ağciyər toxuması normaldır, ümumi vəziyyəti yaxşıdır. Bakterial infeksiya səbəbilə müalicəsinə başlanılıb.”

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər