Şou-biznes
456
12:05, Bu gün

"Bizi Allah sevsin, sən saymasan, NƏ OLACAQ?"

Azərbaycanlı müğənni Damla maraqlı və düşündürücü açıqlamaları ilə diqqət çəkib.
 
Sənətçi insanların eqo və özünü ucaldatmaq istəyinə qarşı çıxaraq səmimi fikirlərini bölüşüb:
 
"Səni saymadım, hə nə olacaq? Sayma bizi, Allah sevsin. Yolumuzu açan Allah olsun. Kim olursansa ol - müəllim, həkim yaxud xadimə, əsas odur vicdanın olsun və insan ol".
 
Damla bildirib ki, insanın özünü həddindən artıq yüksəltməsi doğru deyil:
 
"Özünü dağın başına qoymaq olmaz. Hara qədər özünü yüksəldə bilərsən? Allah uca ola bilməzsən. Bilmirik nə qədər ömrümüz qalıb, hamımız torpağa qarışıb gedəcəyik. Bu qədər eqo nəyə lazımdır?".
 
Müğənni həyatın faniliyi və insanın aciz qaldığı məqamları da vurğulayıb:
 
"Ölümün qabağını ala bilmirik. Elə xəstəliklər var ki, insan qarşısında aciz qalır, milyonlar belə kömək olmur. Allah dərd verməsin, hamıya sağlam ömür versin".
 
İfaçının bu fikirləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəziləri onun səmimiyyətini yüksək qiymətləndirərkən, digərləri bu cür açıqlamaların cəmiyyət üçün düşündürücü mesajlar verdiyini qeyd ediblər. /Milli.az/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər