Şou-biznes
158
15:00, Bu gün

"Özümü yenidən inşa etməkdə kömək oldu"

"İllər öncə iqbalım məni İstanbula gətirdi. Cəhdim, səbrim, sevgim isə bu şəhərdə kök salmağıma kömək oldu. Tanımadığım bir şəhər, yeni bir başlanğıc… Hər yeni başlanğıclar kimi öyrəşmək, yerini tapmaq vaxt aldı. İstanbul özünü mənə mənzərəsi, bənzərsiz ritmi, izdihamı, gözəlliyi, insanı içinə çəkən cazibəsi, çətin anlarımda məni təsəlli etməsi, daha çox xoşbəxt olacağıma vəd verməsi, bəzən təkliyimi ört-basdır etməsi ilə də çox sevdirdi".
 
Moderator.az xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimova sosial şəbəkədəki paylaşımında yazıb.
 
Sənətçi İstanbulda çəkdirdiyi klipi haqqında fikirlərini bu cür bölüşüb: 
 
"Mənə özümün ən yaxşı, gözəl tərəflərimi tapmaqda, özümü yenidən inşa etməkdə kömək oldu. Bu səbəblə də aramızda dərin bir yaxınlıq yarandı. Bəlkə də elə buna görə insan yalnız bir yerə aid olmur. Ürəyinin bir hissəsi gəldiyi yerdə, bir hissəsi isə beləcə, dəyişdiyi, təhəvvül etdiyi yerdə yer tapır. Adətən mahnılar sevgiyə, sevgiliyə oxunur.
 
Mən isə bu mahnını mənə bu duyğuları yaşadan bu şəhərə ithaf etmək istəyirəm. Elə bu səbəblə bu klipi o zamankı İradəni qucaqlayan və indiki halına çevrilməyinə şahidlik edən bu şəhərdə çəkmək istədik. Mahnını ən doğru burada ifadə edəcəyimi düşündüm".
 
Qeyd edək ki, İradə İbrahimova Ceyhun adlı bəylə ailəlidir. Cütlük Türkiyədə yaşayır. İfaçının 2 övladı var. /Musavat.com/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər