Bizi sosial şəbəkələrdən izləyin:
"İndi hər şey adiləşib, amma nahaq yerə. Vallah, mehriban olmaq lazımdır. Ölüm-itim dünyasıdır. Heç kim heç nə aparmır. Varlı da, kasıb da o qəbrin içinə gedir. Sadəcə, üstü bir az bəzəklidir".
Bu sözləri Əməkdar artist Gövhər Rzayeva "Günə uğurla" verilişində deyib.
Sənətçi həyatla bağlı səmimi fikirlər səsləndirib:
"Həyatda insana 3 şey qalır - Allah, etdiyin əməllər və bir də torpaq. Vuruşmaqla, ona-buna söz atmaqla hara gedirsiniz? Biz mədəni fəhləyik. Nəyin davasını edirsiniz? Hərənin öz ruzisi var, istəsən bağda, istəsən dağda ol, o səni gəlib tapacaq. Həyatda üç şey nigaranlıqdır - ruzi, qismət və əcəl. Bilmirsən nə vaxt gəlir. Çalışın əməllərinizi yaxşı edin". (Axşam.az)