Madonna 24 ildən sonra bunu edəcək
Şou-biznes
538
20:16, Bu gün

Madonna 24 ildən sonra bunu edəcək

Amerikalı müğənni Madonna 24 ildən sonra yenidən aktrisalıq edəcək.

Moderator.az xəbər verir ki, bu barədə "Entertainment Weekly" məlumat yayıb.

Sənətçi "Kino studiyası" serialının ikinci mövsümündə rol alacaq. 

Qeyd edək ki, Madonna 1980-2000-ci illərdə aktiv şəkildə filmlərdə çəkilib. Onun ən məşhur rollarından biri "Evita" filmindəki "Eva Peron" obrazı olub. Film 1996-cı ildə rejissor Alan Parker tərəfindən ekranlaşdırılıb. 2002-ci ildə isə o, "Swept Away" və "Die Another Day" filmlərində rol alıb.

Xatırladaq ki, Madonna uzun müddətdir öz bioqrafik filminin ssenarisi üzərində işləyir və onu şəxsən rejissorluq etmək istəyir. 2024-cü ildə yayılan məlumata əsasən, baş rol Culia Qarnerə həvalə olunacaq. (Axşam.az)

Link kopyalandı!
Son xəbərlər