Rafet El Roman üçüncü dəfə evlənir – Nişanlısı azərbaycanlıdır
Şou-biznes
549
16:10, Bu gün

Rafet El Roman üçüncü dəfə evlənir – Nişanlısı azərbaycanlıdır

Məşhur türkiyəli müğənni Rafet El Roman üçüncü dəfə evliliyə hazırlaşdığını açıqlayıb.

Moderator.az xəbər verir ki, o, şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Jurnalistlərin suallarını cavablandıran sənətçi yanında olan şəxsin musiqi müəllimi və müğənni Aleyna İlhan olduğunu bildirib.

“O sizin sevgilinizdirmi?” sualına isə barmağındakı üzüyü göstərərək cavab verən El Roman məsələyə aydınlıq gətirib.

Müğənni təxminən üç ay əvvəl nişanlandığını qeyd edib.

Bildirib ki, nişanlısı Aleyna İlhanın dostudur və azərbaycanlıdır. Bununla da uzun müddətdir maraq doğuran şəxsin kimliyi qismən aydınlaşıb.

Toy tarixi ilə bağlı hələ konkret qərar vermədiklərini deyən El Roman evliliyə müsbət yanaşdığını vurğulayıb: “Mən heç vaxt evliliyə qarşı olmamışam”./qafqazinfo.az/

Link kopyalandı!
Son xəbərlər