Şou-biznes
218
21:44, Bu gün

"Qadın müğənniyə azadlıq versən cızığından çıxar"

"Verilişlərə şərt qoyuram: deyirəm, əgər gəlirəmsə, işimdən, mərkəzimdən, gördüyüm işlərdən danışacağam. Qeybətə gəlmirəm. Bəzisi razılaşır, bəzisi yox. Bəzəndə gedirsən, başqa bir şeylə qarşılaşırsan. Mən bir iş görəndə onu reklama qoymuram, milyon baxış toplamıram. Gələn real baxışdan, insanların nəyi sevib, nəyi sevmədiyini anlayıram".
 
Moderator.az xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova "Qapqara" yutub layihəsində deyib. Sənətçi verilişlərə şərt qoyduğunu bildirib. 
 
E.Xəlilova ailəsindən danışıb. O, bildirib ki, həyat yoldaşı Rövşən Cahangirov hazırda universitetdə oxuyur:
 
"3 oğlum məktəblidir, qızım universitetdə ikinci kursda oxuyur. Böyük oğlum universitetə hazırlaşır. Həyat yoldaşım da tələbədir, ikinci təhsil alır. İdarəçilik Akademiyasında (Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası - red.) üçüncü kursda oxuyur. Qadın sənətçi səhnədə qızıl ortanı tapmalıdır. Hər şey qədərində gözəldir. Çox azadlıq verəndə, cığırından çıxar. Çox zəncirləyərsən, zəncirini açanda qopar. Görməmiş olar. Ona görə də səhnədə də, sənətdə də, qızıl orta olmalıdır. Bir də məsuliyyət olmalıdır: səhnədə özümü, sənəti, mədəniyyəti göstərirəm?". (Axşam.az)
 
 
Link kopyalandı!
Son xəbərlər