Nazim Pişiyari:
Şou-biznes
226
15:30, Bu gün

Nazim Pişiyari: "Özünə hörmət edən müğənni verilişə çıxmır"

Müğənni Nazim Pişiyari verilişlərdən şikayətlənib.
 
Sənətçi "Künc-bucaq" yutub layihəsində proqramlara dəvət olunan qonaqları pisləyib.
 
O qeyd edib ki, özünə hörmət edən ifaçılar verilişlərə qatılmır:
 
"İndi efirə çıxan ifaçıların əksəriyyəti oxuya bilmir. Bəzən düşünürəm ki, niyə mən təpik döyüb peşəkarların yanına getmişəm? Orasını, burasını pudralayır, pul verib efirə çıxırlar. Getdi pul kanal rəhbərinin cibinə. Bəs mən tamaşaçının, xalqın nə günahı var ki, ona qulaq asır?
 
Günah hamımızdadır. Biz birlikdə buna "bəsdir" deməliyik. Kanallardakı özbaşınalığa "son" deməliyik. Bəzən deyirlər, çoxdandır efirdə görsənmirsiniz. Cavab verirəm ki, efirdə görsənməkdənsə, görsənməmək hörmətlidir. Özünə hörmət edən müğənni, aktyor efirə çımır. Hər kanalın 5-6 müğənnisi var, ortada onlar qaynayır". (Axşam.az)
 
Link kopyalandı!
Son xəbərlər