Bizi sosial şəbəkələrdən izləyin:
"Valideyn əziyyət çəkir, xərc tökür, toy edir. Sonra cütlük gedir boşanır. Övlad bu pulu qazansa, özü xərcləsə, boşanmaz".
Bu sözləri Əməkdar artist Elza Seyidcahan "İncə səhər" verilişində deyib.
Müğənni boşanmalardan danışıb:
"Ayrılan övladlar əziyyət görməyib. Əziyyət çəksələr, valideynlərini sevsələr, boşanmazlar. Özlərini sevən, axmaq insanlardır. Atalar qızlarını əl üstündə böyüdür. Sonra qız ərə gedir, ər yanında ancaq "atam" deyir. Ər bilmir, atanı üstün tutur. Yaxşı qadın ərinin həm əri, həm sevgilisi, həm xanımı, həm də ata-anası olar. Ailəni qoruyub, nəvə, nəticəyə çatdırar". (Axşam.az)