Şou-biznes
635
17:10, Bu gün

"Yaraşıqlı, boylu-buxunlu və bədənli kişi SEVİRƏM"

"Rəngarəng" verilişinin növbəti buraxılışında müğənni Qumral Musayeva şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.

Moderator.az xəbər verir ki, sənətçi kişi seçimi ilə bağlı kriteriyalarını bölüşərək zövqünü açıq şəkildə ifadə edib. O, bildirib ki, yaraşıqlı, boylu-buxunlu və baxımlı kişiləri bəyənir və həyat yoldaşı da məhz arzuladığı kimi biridir:

"Necə istəmişəmsə, elə də ailə qurmuşam".

Qumral Musayeva anasının tez-tez "qadın kişini bəzəməz" dediyini xatırladaraq bu fikirlə tam razılaşmadığını bildirib. Onun sözlərinə görə, qadın zövqü və qayğısı ailədə özünü göstərir:

"Əslində, anam özü də onu bəzəyir. Hara getsəm, Natiq üçün hədiyyə alıram, alış-veriş edirəm. Gözəl geyim görəndə almaqdan özümü saxlaya bilmirəm" , - deyə sənətçi əlavə edib.

Səmimi etirafları ilə diqqət çəkən müğənninin açıqlamaları studiyada maraqla qarşılanıb və sosial şəbəkələrdə də müzakirələrə səbəb olub.

 

(milli.az)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər