Şou-biznes
55
10:14, Bu gün

"Atam ögey anamın adını mənə qoyub" - Fatma Mahmudova

Xalq artisti Fatma Mahmudova əsl adının Gülizar olduğunu etiraf edib. 
 
Aktrisa bu haqda "Evdəkilərə salam" proqramında danışıb. Bildirib ki, atası ona ögey anasının adını qoyub:
 
"Öz adım Gülizar olub. Atamın bir aravadı olub, adı Fatma. Birinci sinfə gedəndə öyrənmişəm ki, adım Fatmadır. Məktəbə gedəndə müəllim soruşdu ki, adın nədir? Dedim, Gülizar. Dedi ki, Fatma kimdir? Gəlib evdə öyrəndim ki, ögey anamın adıdır. Allah o xanıma rəhmət eləsin. Ögey bacıma da rəhmət oxuyuram. Həmin bacım mənə ana əvəzi olub. Ona görə də indi mən bu adı nəvəmə qoymaq istəmirəm". (Axşam.az)
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər