Tatlısəsə qarşı 4 milyon dollarlıq dələduzluq
Şou-biznes
335
19:13, Bu gün

Tatlısəsə qarşı 4 milyon dollarlıq dələduzluq

Türkiyəli müğənni İbrahim Tatlısəs "Kanal D"də yayımlanan “Bazar Gəzintisi” proqramının qonağı olub.

Moderator.az xəbər verir ki, sənətçi 4 milyon dollar dələduzluğa məruz qaldığını açıqlayıb. Bu hadisədən sonra daha ehtiyatlı davrandığını bildirən Tatlıses “Məndə pul bitməz, sadəcə azalır” sözlərini deyib.

O, İstanbuldan İzmirə köçdüyünü və iş proqramı ilə konsertlər səbəbindən İstanbula gedib-gəlməyə davam etdiyini bildirib. Köçmə qərarını “Vefasızlıq gördüm” sözləri ilə izah edən sənətçi, dələduzluğa uğrama hadisəsini isə ilk dəfə ictimaiyyətlə paylaşdığını söyləyib.

Tatlıses, ailə üzvləri ilə yaşadığı incikliklərə də toxunub. Oğlu Əhməd Tatlının Manisadakı 5 mənzili satdığını, lakin qardaşlarına pay vermədiyini iddia edib. Qızı Dilan Çıtak haqqında isə “Başına iş gələndə "İbrahim Tatlısesin qızıyam", problem olmayanda isə "Tanımıram" deyir” sözləri ilə etirazını ifadə edib.

Sənətçinin İzmir Narlıderedə yerləşən 168 mənzilli binada baş verən yanğında 40 evi ağır ziyan görüb. Evinin tamamilə yeniləndiyini söyləyən sənətçi, yanğın zamanı ən çox 15 banka turşunun yanmasına üzüldüyünü bildirib.

Link kopyalandı!
Son xəbərlər