Məhkəmə meyxanaçı Samirənin qızı ilə bağlı qərar verdi
Şou-biznes
205
15:20, Bu gün

Məhkəmə meyxanaçı Samirənin qızı ilə bağlı qərar verdi

Meyxanaçı Samirənin müğənni qızı Fərəh Rəcəbovanın məhkəməsi keçirilib.
 
Moderator.az-ın əldə etdiyi məlumata görə, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib edildikdən sonra məhkəməyə çıxarılıb.
 
Xətai Rayon Məhkəməsində keçirilən prosesdə Fərəh Rəcəbova barəsində qərar qəbul edilib.
 
Qərara əsasən, müğənni 500 manat cərimə edilib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər