Şou-biznes
401
13:25, Bu gün

"İnanmırlar ki, mənim gözəllikdə xanım TƏKDİR"

Müğənni Türkan Vəlizadə səsləndirdiyi fikirlərlə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
 
Moderatora.az Milli.az-a istinadən xəbər verir ki, sənətçi şəxsi həyatı və ailə qurmaqla bağlı baxışlarını açıq şəkildə ifadə edib.
 
O, bildirib ki, bu gün sahib olduqlarını böyük zəhmətlə qazanıb:
 
"Zülmlə işləyib ev-eşik almışam. Evdekiləri yerləşdirmişəm. İndi ərimi gətirib harada yerləşdirəcəyəm?".
 
Vəlizadə maddi məsələnin onun üçün önəmli olduğunu gizlətməyərək kasıb biri ilə ailə qurmağı düşünmədiyini etiraf edib. Bununla yanaşı, xasiyyətcə mehriban və ünsiyyətcil olduğunu, hər kəslə yola gedə bildiyini də əlavə edib.
 
Müğənni gözəlliyə heç vaxt üstünlük vermədiyini desə də, bir çox insanın onun kimi gözəl xanımın subay qalmasına inanmadığını qeyd edib:
 
"Deyirlər ki, sənin kimi gözəllikdə xanım necə təkdir? Cavab verirəm ki, qarşıma yaxşı bəy çıxmayıb. Qismət Allahdandır".
 
Onun bu sözləri birmənalı qarşılanmayıb və sosial mediada geniş müzakirə olunub.
 
Link kopyalandı!
Son xəbərlər