Şou-biznes
279
09:02, Bu gün

"O tərəfdən bura xəbər göndərmək olsaydı, qayınanam məni danlayardı..."

Əməkdar artist Elnarə Abdullayeva qayınanasının vəfatından sonra məclisə qatılmasını tənqid edənlərə reaksiya verib.
 
Moderator.az xəbər verir ki, müğənni "Qonaqcanlı" verilişində bunları deyib:
 
"Bir müddət efirə çıxmadım. O tərəfdən bura xəbər göndərmək olsaydı, qayınanam məni danlayardı. Deyərdi, nə olsun ölmüşəm, niyə efirə çıxmırsan? Həmişə mən oxuyanda deyirdi, səsinə anan qurban olsun. Çox yaxşı xanım idi. Hər şeyi çox yerində edərdi. Elə bilirdik ki, hamının pulu qurtarsa da, ananın pulu qurtarmaz. Valideynlərim rəhmətə getmişdi. O, mənə ana idi. Ana məhəbbəti, hörməti hər insanda olmur". (Axşam.az)
 
Link kopyalandı!
Son xəbərlər