Şou-biznes
200
09:01, Bu gün

"Aygün Bəylərin vəsiyyətini yerinə yetirirəm"

Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin vəsiyyətindən danışıb. 
 
Moderator.az xəbər verir ki, "Evdəkilərə salam" proqramını evində qonaq edən Zümrüd onun mahnılarını yaşadacağını deyib:
 
"Aygün Bəylərin vəsiyyətini yerinə yetirirəm. Özü boyda sənətim olmasa da, az səsim var. Sağ olanda vəsiyyəti idi ki, mahnılarımı oxu, gəncliyimin səsisən. Deyirdi, mənim cavanlığımsan. Böyük sənət, iz, yara qoydu getdi: ailəsinə, xalqa, bacılarına, övladına. Biz beş bacı, bir qardaş idik. İndi dörd bacı qaldıq. Mən də oxuyuram və onun mahnılarını yaşadıram". 
 
Qeyd edək ki, A.Bəylərin qızı Canan onun bacısı Aynurun yanında qalır. /Axşam.az/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər