Ancelina Coli ABŞ-ni tərk edir - Səbəbini açıqladı
Şou-biznes
431
15:58, Bu gün

Ancelina Coli ABŞ-ni tərk edir - Səbəbini açıqladı

Dünya şöhrətli Hollivud ulduzu Ancelina Coli uzun müddətdir reallaşdırma istədiyi ABŞ-dan ayrılmaq planını həyata keçirmək üzrədir. Ulduz aktrisa başqa ölkədə yeni həyat qurmaq qərarını uşaqlarının yetkinlik yaşına çatmasını gözləyərək təxirə salmışdı. İndi isə həmin proses tamamlandığı üçün Colinin köç hazırlıqlarını sürətləndirdiyi bildirilir.

Moderator.az xəbər verir ki, aktrisa ABŞ-a olan sevgisinin davam etdiyini vurğulasa da, ölkədəki mövcud sosial və siyasi vəziyyət səbəbindən çətinlik çəkdiyini bildirib.

Coli son zamanlar etdiyi açıqlamalarda ölkədə baş verən dəyişikliklərdən narahatlığını açıq şəkildə ifadə edib: 

“Ölkəmi sevirəm, amma bu gün gəldiyimiz nöqtədə onu tanımaqda çətinlik çəkirəm.”

Aktrisa fərdi azadlıqların məhdudlaşdırılmasının ciddi risklər doğurduğunu da qeyd edib. O, bərabərlik, birlik və ümumbəşəri dəyərlərə diqqət çəkib. Şəxsi ifadə azadlığını məhdudlaşdıran hər bir yanaşmanın təhlükəli olduğunu vurğulayan ulduz, bu mövzuda duyduğu həssaslığın qərarında mühüm rol oynadığını bildirib.

Məlumata görə, aktrisa uşaqlarının təhsil və həyat tərzini ön planda tutaraq bu addımı indiyə qədər təxirə salıb. Ən kiçik övladının 18 yaşına çatması ilə birlikdə isə ABŞ-dan kənarda yeni həyat qurmağı planlaşdırır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər