Dünya şöhrətli Hollivud ulduzu Ancelina Coli uzun müddətdir reallaşdırma istədiyi ABŞ-dan ayrılmaq planını həyata keçirmək üzrədir. Ulduz aktrisa başqa ölkədə yeni həyat qurmaq qərarını uşaqlarının yetkinlik yaşına çatmasını gözləyərək təxirə salmışdı. İndi isə həmin proses tamamlandığı üçün Colinin köç hazırlıqlarını sürətləndirdiyi bildirilir.
Moderator.az xəbər verir ki, aktrisa ABŞ-a olan sevgisinin davam etdiyini vurğulasa da, ölkədəki mövcud sosial və siyasi vəziyyət səbəbindən çətinlik çəkdiyini bildirib.
Aktrisa fərdi azadlıqların məhdudlaşdırılmasının ciddi risklər doğurduğunu da qeyd edib. O, bərabərlik, birlik və ümumbəşəri dəyərlərə diqqət çəkib. Şəxsi ifadə azadlığını məhdudlaşdıran hər bir yanaşmanın təhlükəli olduğunu vurğulayan ulduz, bu mövzuda duyduğu həssaslığın qərarında mühüm rol oynadığını bildirib.