Eyyub Hüseynzadənin təşkilatçılığı ilə Emre Aydın Bakını coşdurdu - VİDEO - FOTOLAR
Şou-biznes
342
12:30, Bu gün

Eyyub Hüseynzadənin təşkilatçılığı ilə Emre Aydın Bakını coşdurdu - VİDEO - FOTOLAR

Azərbaycanda böyükmiqyaslı konsert və şou proqramlarının təşkilatçısı Eyyub Hüseynzadə bu dəfə də uğurlu konsert layihəsini təqdim edib.

Moderator.az xəbər verir ki, “Anadolu events” şirkətinin təşkilatçılığı ilə Türkiyənin sevilən sənətçisi Emre Aydın Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib. Gecə Bakı Konqres Mərkəzinin səhnəsində baş tutub.

Tədbirə yüzlərlə musiqisevər qatılıb və Emre Aydının repertuarında yer alan sevilən hit mahnılar canlı ifada təqdim olunub. Tamaşaçılar sənətçini alqışlarla qarşılayaraq gecə boyunca coşqulu anlar yaşayıblar. İfaçı repertuarında yer alan “Afili Yalnızlık”, “Soğuk Odalar”, “Hoşçakal” kimi məşhur mahnıları və digər sevilən musiqilərini səsləndirib. Xüsusilə sənətçinin duyğusal və enerjili səhnə performansı konsertə qatılanlar tərəfindən maraqla izlənilib. Zalın tam dolu olması Emre Aydına olan maraq və sevginin daha bir göstəricisidir.

Səhnə tərtibatı və işıq effektləri gecəyə xüsusi rəng qatıb.

Konsert proqramı musiqisevərlərə xoş və yaddaqalan bir axşam bəxş edib.

 

Link kopyalandı!
Son xəbərlər