Bir ay heç kimlə görüşməyəcək - Qadağa qoydu
Şou-biznes
431
11:19, Bu gün

Bir ay heç kimlə görüşməyəcək - Qadağa qoydu

Əməkdar artist Könül Kərimova hazırlaşdığı solo konsertindən danışıb.
 
Müğənni "Günə bax" proqramında bunun üçün həyat tərzini dəyişdiyini deyib. O, bildirib ki, prodüser Asif Kərimli ona qadağalar qoyub:
 
"Rahatam, çox yaxşıyam. Yanımda yaxşı insanlar var. Bilirik ki, hər şey çox yaxşı olacaq. İfamla çalışacağam ki, hamının etimadını doğruldum. Nəvəm gəldi, istədim qucaqlayıb öpüm. Qoymadılar. Qripə yoluxa bilərəm".
 
Asif Kərimov "Demişəm ki, heç kimlə görüşmə, evdəkiləri başqa yerə göndər. Telefondan uzaq dur, vaxtında yatıb, vaxtında dur. Neqativ şeylərə baxma. Hamı anlasın ki, Könül bir ay ərzində heç kimlə görüşməyəcək, heç yerə getməyəcək" isə sözlərini əlavə edib. (Axşam.az)
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər