18:19
6°C
Bakı
"Qardaşımın meyidi 8 gün sonra tapıldı. 47 yaşında getdi. Həyat yoldaşına dedi ki, balıq tutmağa gedirəm. Cabir İmanovla (Mərhum Əməkdar artist Cabir İmanov - red.) gedirdilər balıq ovuna".
Moderator.az xəbər verir ki, bu sözləri Əməkdar artist Almaz Ələsgərova "Həftənin qonağı" verilişində deyib. Müğənni dənizdə batan qardaşından danışıb:
"İki gün getdi, gəlmədi. Yoldaşı zəng vurdu ki, üçüncü gündür yoxdur, telefonuna da zəng çtmır. Başladıq onu axtarmağa. Orada da gizlətdilər, nə etdilər. 8 gün sonra ləpə onu sahilə vurmuşdu. Bilmirəm nə olub. Heç kimə nəsə demirəm. İdmançı idi, əgər sinəsindən nəfəs alması olmasaydı, xilas alardı. Burundan nəfəs alsaydı çıxardı. Suya düşən kimi batıb".
(axşam.az)