Şou-biznes
581
16:29, Bu gün

"O xəbərimi sildirmək üçün yalvarmağımın xeyri olmadı, böyük məbləğə SİLDİ"

Aktrisa Pərvin Abıyeva efirdə verdiyi açıqlama ilə diqqət mərkəzinə düşüb.

Moderator.az xəbər verir ki, sənətçi mediada xəbərlərinin yayılması ilə bağlı maraqlı və qalmaqallı etiraflar edib. O, bildirib ki, indiyədək heç vaxt hansısa xəbərinin saytlar və ya sosial mediada paylaşılması üçün pul ödəməyib:

"Heç vaxt pul verib hansısa xəbərimi paylaşdırmamışam nə saytlarda, nə də sosial mediada. Amma xəbərimi ödənişlə sildirdiyim olub".

Aktrisa qeyd edib ki, bəzi hallarda yayılan xəbərlərin silinməsi üçün ciddi mübarizə aparmalı olub:

"Silinməsi üçün yalvardığım da olub, hətta savaşmışam. Yalvarmağıma baxmayaraq silməyənlər olub. Amma pul qarşılığında xəbəri silənlər tapıldı. Böyük məbləğ vermişdim".

Pərvin Abıyeva söhbət zamanı sözügedən xəbərin hansı mövzu ilə bağlı olduğunu açıqlamaq istəmədiyini də vurğulayıb.

Aktrisanın bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələr yaradıb.

 

(milli.az)

Link kopyalandı!
Son xəbərlər