Fatimə və Nazilə arasında gərginlik - “İkimiz də üzr istəməliyik”
Şou-biznes
141
13:05, Bu gün

Fatimə və Nazilə arasında gərginlik - “İkimiz də üzr istəməliyik”

Fatimə Fətəliyeva Nazilə Səfərli ilə arasında olan didişmədən danışıb.
 
Rəqqasə “Öz aramızda” proqramında şairə haqqında xoş fikirlər səsləndirib:
 
“Arada aparan-gətirən çox olub. İllərdir bu aqressiya kənardakıların xoşuna gəlib. Mən kinsiz insanam. İki tərəfin də böyük günahları olub. Bunları şişirtmək lazım deyil. İkimiz də biri-birimizdən üzr istəməliyik”.
 
Nazilə Səfərli verilişdən sonra sosial media hesabında paylaşım edib:
 
“Barışıq istəyənlərə Novruz bayramında qapım açıqdır. Dalda küsüb, ortalıqda barışmaq istəyənlər üçün İlaxır çərşənbədə “Tarixin bir günü” verilişində ev sahibliyi edə bilərəm. Gələndə xonça gətirməyi unutmayın, ay mələklər”.
 
Xatırladaq ki, ikili arasındakı mübahisələr uzun müddət davam edir. Hətta bu mübahisə məhkəməyə qədər gedib-çıxıb. Fatimə Fətəliyeva Nazilə Səfərliyə 50 min manat pul ödəyib. /Yeni Sabah/
 
Link kopyalandı!
Son xəbərlər