“Oğlum müğənni qız alsa, intihar edərəm”
Şou-biznes
176
11:53, Bu gün

“Oğlum müğənni qız alsa, intihar edərəm”

“Kişi olsaydım, heç vaxt müğənni ilə evlənməzdim. İstəyərdim ki, xanımım evdə otursun, uşaqlara baxsın, yeməyini bişirsin. Yox, gecə saat 3-də durub evə gəlsin?! Bu, iş deyil”.
 
Bunu xanəndə Kəmalə Nəsibova deyib.
 
“Öz aramızda” verilişində qonaq olan ifaçı oğlunun da müğənni qız ilə evlənməsinə razı olmayacağını deyib:
 
“Bütün yaxşı oxuyanlar, dünya şöhrətli ifaçılar toylara getməyib, amma konsertlərdə, səfərlərdə olublar hər zaman. Evdə tapılmayıblar. Oğlum müğənni qız alsa, intihar edərəm. Kişinin qadını, namusu, qeyrəti evdə olar. Biz də çıxıb oxuyuruq. Qıraqdan 100 söz atırlar. Mən şəxsən kişi olsam, bununla razılaşmazdım. Məni kim aparıb evinin xanımı etdi ki? Mən də oturmadım. Mən ər çörəyi yeyə bilmədim”. /Yeni Sabah/
 
Link kopyalandı!
Son xəbərlər