Şou-biznes
295
11:45, Bu gün

"Tanımadığım kişiyə toxunanda "100 dəfə" əl yuyuram"

"Miss Azərbaycan" titulunun sahibi Səmra Hüseynova verdiyi açıqlama ilə diqqət mərkəzinə düşüb.
 
Moderator.az xəbər verir ki, model qatıldığı  "Tarixin bir günü" verilişində obsessiv-kompulsiv pozuntudan (OKB) əziyyət çəkdiyini izləyicilərlə bölüşüb.
 
Səmra Hüseynova bildirib ki, tanımadığı insanlara əl ilə toxunmaq və xüsusilə yad bir kişinin ona toxunması özündə ciddi narahatlıq hissi yaradır. Onun sözlərinə görə, bu vəziyyət gündəlik həyatında müəyyən çətinliklərə səbəb olub. Səmra tanımadığım kişiyə toxunduqda hətta "100 dəfə" əllərini yuduğunu etiraf edib.
 
Qeyd edək ki, OKB - insanın iradəsindən asılı olmayaraq yaranan, təkrarlanan və narahatlıq doğuran düşüncələr (obsessiyalar) və həmin gərginliyi azaltmaq məqsədilə edilən davranışlarla (kompulsiyalar) müşayiət olunan psixoloji pozuntudur. Mütəxəssislər vurğulayırlar ki, vaxtında həkimə müraciət edildiyi təqdirdə OKB müalicə və nəzarət altına alına bilən xəstəliklərdəndir. /milli.az/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər