Türkiyənin məşhur komediya aktyoru narkotik əməliyyatında saxlanıldı
Şou-biznes
1048
19:59, Bu gün

Türkiyənin məşhur komediya aktyoru narkotik əməliyyatında saxlanıldı

Türkiyədə aparılan genişmiqyaslı istintaq çərçivəsində narkotik və psixotrop maddələrlə bağlı bir sıra cinayət maddələri üzrə əməliyyatlar həyata keçirilib. Əməliyyatlar zamanı  tanınmış şəxslər də daxil olmaqla bir sıra şübhəlilər saxlanılıb.

Moderator.az xəbər verir ki, saxlanılanlar arasında  “Konuşanlar” proqramı ilə məşhurlaşan, təzəlikcə Marmara Universitetində keçirilən tədbirdə “Ən yaxşı komediyaçı” mükafatına layiq görülən tanınmış komediyaçı Hasan Can Kayanın da olduğu bildirilir. 

Hasan Can Kayanın saxlanılma xəbəri ictimaiyyətə açıqlanandan sonra onun daha əvvəl qatıldığı televiziya proqramlarından birində səsləndirdiyi fikirlər sosial mediada yenidən yayılmağa başlayıb. Həmin açıqlamada Kaya, “Həyatım boyu siqaret çəkməmişəm, alkoqol da istifadə etmirəm” deyərək, hətta siqaret qoxusundan belə narahat olduğunu bildirmişdi.

Qeyd edək ki, İstanbulun Güngören rayonunda doğulan, ailəsi Malatya əsilli olan Hasan Can Kaya uzun illər ssenarist kimi fəaliyyət göstərdikdən sonra “Konuşanlar” proqramı ilə Türkiyədə geniş tamaşaçı kütləsi qazanib. Yumor üslubu və səmimi dialoqları ilə xüsusilə gənclər arasında populyarlıq qazanan Kaya son illərin ən çox müzakirə olunan komediyaçılarından biri kimi tanınır.

İstintaqla bağlı prosesin davam etdiyi, rəsmi qurumlar tərəfindən əlavə açıqlamaların veriləcəyi bildirilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər