Yaşamaq uğrunda mübarizə aparan aktyordan sevindirici xəbər
Şou-biznes
2051
13:50, Bu gün

Yaşamaq uğrunda mübarizə aparan aktyordan sevindirici xəbər

Qaraciyər transplantasiyası gözləyən məşhur türkiyəli aktyor Ufuk Özkanın səhhəti ilə bağlı sevindirici xəbər verilib.

Moderator.az xəbər verir ki, həkimlər aktyor üçün uyğun donorun tapıldığını bildiriblər.

Aktyorun həkimi Prof. Dr. Onur Yaprak aktyora tətbiq olunan müalicənin müsbət nəticə verdiyini deyib:
“Ufuk bəy xəstəxanamıza yerləşdirildiyi zaman qaraciyər çatışmazlığı göstəricisi olan MELD skoru 22 idi. Aparılan müalicə nəticəsində onun ümumi vəziyyəti xeyli yaxşılaşıb və bu göstəricini 14-ə endirməyə nail olduq”.

Həkimlərin verdiyi məlumata görə, aparılan canlı donor axtarışı da uğurla nəticələnib, aktyorun keçmiş iş yoldaşı ona donor olub.

Prof. Dr. Yaprak qeyd edib:
“İlk donor namizədi video-operator Salih Kıvırcık olub. O, Ufuk bəy ilə əvvəllər eyni serialda çalışıb. Aparılan tibbi yoxlamalar nəticəsində anatomik baxımdan uyğun olduğu müəyyənləşdirildi və Etik Komitənin təsdiqi alındı.”

1465964

Həkimlər yaxın günlərdə transplantasiya əməliyyatının həyata keçirilməsinin planlaşdırıldığını bildiriblər.

Xatırladaq ki, “Geniş Ailə”, “Oflu Hoca”, “Emret Komutanım” və “Cenazemize Hoş Geldiniz” kimi məşhur film və seriallarda rol alan tanınmış aktyor Ufuk Özkana 2023-cü ildə sirroz (qaraciyər çatışmazlığı) diaqnozu qoyulub. Uzun müddətdir müalicə alan 50 yaşlı aktyor, səhhəti ağırlaşdığı üçün yanvarın 12-də xəstəxanaya yerləşdirilmişdi.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər