Təranə və Musanın Sevgisinin nişanı QAYIDIB?
Şou-biznes
283
10:36, Bu gün

Təranə və Musanın Sevgisinin nişanı QAYIDIB?

Müğənni Təranə Qumral və ailəsi qonaq olduqları televiziya proqramında qızı Sevginin nişanı ilə bağlı yayılan söz-söhbətlərə münasibət bildiriblər.
 
Moderator.az xəbər verir ki, bir müddət əvvəl Sevginin nişanlandığına dair sosial şəbəkələrdə yayılan görüntülərə toxunan sənətçi bu iddiaları təkzib edib.
 
Təranə Qumral bildirib ki, qızının nişanı olmayıb:
 
"Qızımızın nişanı olmayıb ki... Verilişlərdə xonça düzəldib Sevginin əlinə verdilər ki, şirinlik paylasın. Biz evdə belə bir şey etməmişik. Sadəcə iki efirdə şou xarakterli görüntülər olub. Evə gedəndən sonra Sevgim məni danladı ki, 'bu xonça nə idi?' Ortada heç nə yoxdur".
 
O əlavə edib ki, Sevginə elçi düşənlər var, lakin hələlik nişan məsələsi gündəmdə deyil:
"Qızımı istəyənlər var, amma nişan yoxdur. Hələ tezdir".
 
Qeyd edək ki, yayılan görüntülər sosial mediada geniş müzakirələrə səbəb olmuşdu. /milli.az/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər