Şou-biznes
285
00:40, Bu gün

"Kişilər əziyyətlə qazanırlar, qadınlar o pulu qırılıb düşən dırnağa verirlər"

Müğənni Sevinc Ağaşirinova maraqlı və müzakirələrə səbəb olan açıqlama verib.

Sənətçi bildirib ki, kişilər ağır zəhmətlə pul qazanır, lakin bu vəsaitin bəzən düzgün xərclənmədiyini düşünür. Onun sözlərinə görə, "Kişilər əziyyətlə daş qoyub pul qazanırlar, o pulu da qadınlar dırnağa verirlər, o da qırılıb düşür".

Sevinc Ağaşirinova qeyd edib ki, bu məsələdə çox vaxt kişilərin tərəfindədir. O, kişilərə müraciət edərək pullarını boş yerə xərcləməməyi tövsiyə edib: "Pulunuzu boş yerə xərcləyən xanımlara verməyin. Ondansa öz ailənizə baxın, balanıza xərcləyin".

Müğənni bəzi qadınların maliyyə məsələlərində sui-istifadə etdiyini də iddia edib. Onun sözlərinə görə, "Xanımlar deyirlər ki, 'nəyimə lazımdır, pul verməlidir', amma bu yanaşma doğru deyil".

Sevinc Ağaşirinovanın açıqlamaları sosial şəbəkələrdə geniş rezonans doğurub, mövzu ətrafında müzakirələr başlayıb.

 

(milli.az)

Link kopyalandı!
Son xəbərlər