Şou-biznes
149
13:08, Bu gün

"Məclislərdə atama verilən çayı 1-ci özüm içib yoxlayıram"

Tacir Şahmalıoğlu özü kimi müğənni olan oğlu Şahmalı ilə birlikdə efirlərin birində qonaq olub.
 
Moderator.az xəbər verir ki, veriliş zamanı sənətçi keçmişdə ciddi sağlamlıq problemi ilə üzləşdiyini açıqlayıb. Tacir Şahmalıoğlu bir dövr səsinin batması təhlükəsi ilə üz-üzə qaldığını və bu səbəbdən çətin günlər yaşadığını etiraf edib.
 
Mövzu ilə bağlı oğlu Şahmalı da diqqətçəkən açıqlama verib. O, atasına qarşı xüsusi həssaslıq göstərdiyini bildirib:
 
"Məclislərdə atama verilən çayı əvvəlcə özüm içib yoxlayıram. Bu, mənim borcumdur. Atama görə səsimi fəda edərəm".
 
Şahmalının bu sözləri studiyada maraqlı anlara səbəb olub. Ata-oğulun səmimi münasibəti və qarşılıqlı dəstəyi izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb, açıqlamalar sosial şəbəkələrdə də geniş müzakirə olunub. /Milli.az/
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər