Şou-biznes
287
12:54, Bu gün

"O, məni hər zaman ərimlə görüb, boşanma barədə yazmamalı idi"

Aşıq Zülfiyyə müğənni Rəvan Qarayevin "Günə Uğurla" verilişində ünvanladığı şəxsi sualla bağlı açıqlama verib.
 
Moderator.az xəbər verir ki, sənətçi "Həyat yoldaşınızla boşanma həddinə çatmısınız?" sualını uyğunsuz hesab etdiyini bildirib.
 
Aşıq Zülfiyyə qeyd edib ki, Rəvan Qarayev bu sualı verməklə ona qarşı səhv edib və belə mövzu efir üçün uyğun olmayıb. Onun sözlərinə görə, sual təəccübləndirmək məqsədi daşıyıb:
 
"Rəvan mənə səhv etdi, bu sualı verməməli idi. Yəqin ki, diqqət çəkmək üçün səsləndirib. Axı o məni hər yerdə həyat yoldaşımla birlikdə görüb".
 
Sənətçi ailə həyatı ilə bağlı yayılan söz-söhbətlərə də aydınlıq gətirib. O bildirib ki, həyat yoldaşı ilə heç vaxt ciddi küsülü olmayıblar. Yalnız bir dəfə oğulları ilə bağlı məsələ səbəbindən 3 gün aralarında inciklik yaşanıb.
 
Aşıq Zülfiyyənin bu açıqlaması sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. /milli.az/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər