Bloqer Hüseyn Həsənovla bağlı qərar verildi
Şou-biznes
317
14:03, Bu gün

Bloqer Hüseyn Həsənovla bağlı qərar verildi

Bloqer Hüseyn Həsənov barəsində 170 milyon rubl (4 milyon manata yaxın) məbləğində vergidən yayınma ittihamı ilə bağlı cinayət işi ittiham aktının təsdiqlənməsi üçün prokurorluğa daxil olub.
 
Moderator.az xəbər verir ki, bu barədə Moskva Şəhər Prokurorluğunun Mətbuat Xidməti məlumat yayıb.
 
Bildirilib ki, iş üzrə aparılan ilkin istintaq başa çatdırılıb və materiallar baxılması üçün prokurorluğa təqdim edilib.
 
Qeyd edək ki, Hüseyn Həsənov Rusiya Cinayət Məcəlləsinin 174.1-ci maddəsinin 4-cü hissəsinin "b" bəndi (şəxs tərəfindən cinayət törətmək yolu ilə əldə edilmiş pulların yuyulması) ilə ittiham olunur.
 
Onun barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər