15:32
7°C
Bakı
Türk arabesk musiqisinin tanınmış simalarından olan, məşhur müğənni Hakan Taşıyan infarkt keçirib.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Ankarada xəstəxanaya yerləşdirilən sənətçinin vəziyyətinin ağır olduğu bildirilib.
Məlumata görə, həkimlər daha əvvəl böyrək və qaraciyər nəqli əməliyyatı keçirdiyi üçün ona angioqrafiya ilə bağlı tərəddüd edirlər.
Bununla bağlı xəstəxananın idarə heyəti toplanıb.
Qeyd edilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müğənni üçün mümkün olan hər şeyin edilməsi barədə göstəriş verib.