Bir müddətdir leykozla mübarizə aparan türkiyəli məşhur müğənni Cansever xərçəng xəstəliyinə qalib gəlib.
Moderator.az xəbər verir ki, ifaçı bu barədə sosial şəbəkə hesabında paylaşım edib və artıq sağlam olduğunu qeyd edib.
Cansever sözlərinə belə davam edib:
“Uğur qazandıq canlarım... Xərçəngi yendik, dualar qəbul oldu. Allahım sənə həmd olsun. Mənə dua edən hər kəsdən Allah razı olsun. Artıq sağlamam.”
Sənətçi izləyicilərindən gələn dəstəyə də cavabsız qalmayıb:
“Allah heç kəsi dostsuz qoymasın. Mən heç vaxt tək qalmadım. Var olun, yaxşı ki varsınız. Mən yaxşıyam, daha da yaxşı olacağam sizin sayənizdə.”

Cansever həmçinin həyatında böyük bir dəyişiklik edəcəyini bildirib:
“Bundan sonra həyatımı çox fərqli yaşayacağam. Artıq ‘bunu düşün, onu düşün’ deməyəcəyəm. Həyatı çox fərqli yaşayacağam.”
Məşhur sənətçinin bu sözləri pərəstişkarlarını həm sevindirib, həm də gələcək həyatına dair marağı artırıb.
